“Yelo Bank”ın Audit Komitəsinə yeni sədr təyin edilib

saytların hazırlanması

Evə çatdırılma

“Yelo Bank”ın Audit Komitəsinə yeni sədr təyin edilib

İqtisadiyyat

29 Oktyabr 2026 15:15 93


“Yelo Bank” ASC-nin Audit Komitəsinin sədri vəzifəsinə Klaudiya Müller təyin edilib.

Plat.az-ın əldə etdiyi məlumata görə, o, bu vəzifədə Tomas Enqelhardı əvəzləyib. Komitənin digər üzvləri Fuad Kələşli və Cəlal Hacıbəyovdur.

Qeyd edək ki, Klaudiya Müller bu ilin sentyabr ayında səhmdarların qərarı ilə bankın Müşahidə Şurasının üzvü təyin edilib. pizza

O, bank texnologiyaları, audit və strateji transformasiya sahələrində 20 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Klaudiya Müller Azərbaycanın mikromaliyyə sektoru ilə də əməkdaşlıq edib, əməliyyat sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyət göstərib. Xatırladaq ki, “Yelo Bank” ASC 1994-cü ildən fəaliyyət göstərir və 2019-cu ildə indiki adını alıb. Bankın nizamnamə kapitalı 378 milyon manatdır. Səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova, 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!