Bahalı ərzaq amerikalıları bu addımı atmağa məcbur edir

saytların hazırlanması

Evə çatdırılma

Bahalı ərzaq amerikalıları bu addımı atmağa məcbur edir

Dünya

29 Oktyabr 2026 14:42 107


ABŞ-də ərzaq qiymətlərinin artması ucbatından əhalinin yarısı yemək vaxtlarını ötürür.

“Yeni Sabah” xəbər verir ki, bu, ictimai rəy sorğusunun nəticələrində qeyd olunub.

“Self Financial” adlı maliyyə qurumunun sorğusunda iştirak edənlər ərzaq qiymətlərinin artmasının onların psixoloji vəziyyətinə və stress səviyyəsinə güclü təsir göstərdiyini bildirib. Onların sözlərinə görə, bu təsir hətta çox işləmək, yuxusuzluq və kifayət qədər dincəlməmə kimi amillərdən də yüksəkdir. Dominos pizza

Hesabatda qeyd olunub ki, ərzaq xərclərinin artması insanların yalnız alış-veriş səbətinə qoyduğu məhsulların sayına deyil, həyatının digər sahələrinə də təsir edir. Ən maraqlı nəticə ərzaq qiymətlərinin bahalaşması ucbatından bir çox amerikalının yeməkdən imtina etməyə başlamasıdır. Yemək vaxtlarını ötürənlərin sayı ölkə əhalisinin yarısına çatıb.

Xatırladaq ki, ABŞ-də ərzaq qiymətləri son altı ildə 28 faiz bahalaşıb. Bəzi məhsullarda isə artım daha yüksəkdir. Məsələn, qiymə ətinin qiyməti 67 faiz, qəhvənin qiyməti isə 108 faiz artıb.

 Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!