2026-cı ilin ilk 9 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatlar tərəfindən 1 milyard 761.4 milyon manat vəsait istifadə olunub.
“Yeni Sabah” xəbər verir ki, həmin vəsaitin 891.8 milyon manatı nəqliyyat, su və kommunal infrastrukturların tikintisinə, 692.5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət layihələrinə, 177.1 milyon manatı isə müdafiə və hüquq-mühafizə obyektlərinin inşasına yönəldilib. Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 1 milyard 623.8 milyon manat sərf edilib, Prezidentin ehtiyat fondundan 49.2 milyon manat, Dövlət büdcəsinin ehtiyat fondundan isə 468.4 milyon manat istifadə olunub.
Ölkənin dövlət borcu statistikasına gəldikdə, 2026-cı il 1 oktyabr tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 509.5 milyon ABŞ dolları təşkil edib ki, bu da illik gözlənilən ÜDM-in 5.6%-inə bərabərdir. Daxili dövlət borcu isə 16 milyard 230.1 milyon manat olmaqla proqnozlaşdırılan ÜDM-in 11.8%-ini təşkil edib. İl ərzində dövlət borcuna xidmət üzrə daxili borca 397.2 milyon manat, xarici borca isə 1 milyard 52.6 milyon manat ödəniş edilib. pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız