Bengü boşanması ilə bağlı: “Evlilikdə uğursuz oldum”

saytların hazırlanması

Evə çatdırılma

Bengü boşanması ilə bağlı: “Evlilikdə uğursuz oldum”

Şou

29 Oktyabr 2026 13:43 83


Bengü 2024-cü ildə Selim Selimoğlu ilə evliliyi barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli müğənni İbrahim Selimin “Bu gece” proqramında qonaq olarkən ailə həyatı və boşandıqdan sonrakı həyatından dair deyib:

“Qoç bürcü olduğum üçün bacarmadığım bir şey olmamalıdır. Amma evlilikdə uğursuz oldum. Biz çox tez valideyn olduq. Evləndikdən 3 ay sonra Zeynəbə hamilə qaldım. O, çox sevdiyim insandır, uşaqlarımın atasıdır. Amma evlilikdə daha uğurlu olmağı çox istərdim”. pizza hut

Müğənni boşandıqdan sonra telefon nömrəsini tez-tez dəyişdiyini də söyləyib. Sakit həyat tərzi keçirdiyini və dedi-qodunu sevmədiyini bildirən Bengü telefon kitabçasında cəmi 15 nəfərin olduğunu qeyd edib:

“Əvvəllər elə bilirdim ki, sevgi yalnız əks cinslə bağlıdır. Xüsusilə ana olduqdan sonra başqa bir sevgiyə keçirsən. Həqiqətən, o sevgidən üstün sevgi olmadığını anlayırsan”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!