Putin İlon Mask haqqında danışdı: “O, həqiqətən dahidir”

saytların hazırlanması

Evə çatdırılma

Putin İlon Mask haqqında danışdı: “O, həqiqətən dahidir”

Dünya

29 Oktyabr 2026 14:00 89


Rusiya Prezidenti Vladimir Putin İlon Maskın uğurlarını yüksək qiymətləndirərək onu dahi adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, o bu fikirləri Afrika nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə sərgisini ziyarət edərkən səsləndirib.

Sərgidə Rusiyanın “Rassvet” adlı peyk internet layihəsi haqqında məlumat verilib. Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib ki, ölkə “Starlink”ə bənzər sistem yaratmaq üçün orbitə 30-dan çox peyk göndərib. Sezar pizza

Mövzu ilə bağlı danışan Vladimir Putin layihənin hələ ilkin mərhələdə olduğunu vurğulayıb:

“Bunun bizim üçün yalnız ilk addım olduğunu qeyd etmək istəyirəm. İlon Mask dahidir, həqiqətən dahidir”.

Nazir Maksut Şadayev “Starlink” sistemində 5 mindən çox alçaq orbit peykinin fəaliyyət göstərdiyini bildirib. Putin isə Rusiyanın bu sahədə hələ ilk addımlarını atdığını deyib. O, ölkəsinin müstəqil peyk internet sistemi yaratmağa başlamasından məmnunluğunu ifadə edib və ABŞ tərəfi ilə əlaqələrin vacibliyini vurğulayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!