“Orqanik” adı ilə qiymətləri şişirdirlər? – Ekspertdən istehlakçılara xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Orqanik” adı ilə qiymətləri şişirdirlər? – Ekspertdən istehlakçılara xəbərdarlıq

İqtisadiyyat

29 Oktyabr 2026 14:57 83


“Əsl “craft” və ya “organic” (orqanik) məhsulun maya dəyəri həqiqətən yüksək ola bilər. Kiçik həcm, bahalı xammal və sertifikasiya xərcləri qiymətə təsir edir. Amma 2-3 dəfəlik qiymət fərqi çox vaxt maya dəyərindən yox, istehlakçının “ödəmə həddi”ndən (willingness to pay) irəli gəlir”.

“Yeni Sabah”a açıqlamasında Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, qiymət fərqinin bir hissəsi reallıqda dəyər, qalanı isə sırf marjadır:

“Davranış iqtisadiyyatı bir neçə mexanizm göstərir: “halo effekti” (bir keyfiyyət işarəsi bütün məhsula şamil olunur), siqnal dəyəri (qiymətin özü keyfiyyət siqnalı sayılır), özünüqiymətləndirmə (baha alan şəxs özünü daha diqqətli və məsuliyyətli hiss edir) və gündəlik kiçik xərclərdə “özünü əzizləmək” mühakiməsi. Bir çox hallarda istehlakçılar məhsulu yox, məhz özləri haqqında yaradılan hekayəni satın alırlar. Toyuqlu pizza

Bunun büdcəyə təsiri məbləğin böyüklüyündə deyil, təkrarlanmasındadır. Gündəlik 3-4 manatlıq artıq xərc ayda 90-120 manata çatır. Bu mikro-xərclər tək-tək görünmədiyi üçün ayın sonunda “pul hara getdi?” hissi yaranır və maliyyə resurslarına nəzarəti çətinləşdirir”.

Ekspert qeyd edib ki, dünyada bu kimi hallara nəzarət mexanizmləri mövcuddur:

“Məsələn, “Organic” (orqanik) tənzimlənən anlayışdır. Avropa İttifaqı, ABŞ və bir çox ölkədə bu ad altında məhsul satmaq üçün sertifikasiya tələb olunur. Lakin “craft”, “artisanal”, “əl işi” və ya “comfort” kimi anlayışların əksər yurisdiksiyalarda hüquqi və standart tərifi yoxdur. Bunlar əsasən marketinq təsvirləridir. Yalnız açıq-aşkar yalan olduqda (məsələn, sənaye istehsalına “əl işi” demək) istehlakçı hüquqlarının pozulması çərçivəsində aldadıcı reklam sayıla bilər. Nəticə etibarı ilə “organic” sertifikat və loqo ilə yoxlanıla bildiyi halda, “craft” və “artisanal” çox vaxt sadəcə etiket rolunu oynayır”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!