Hakimin “Son söz” təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Hakimin “Son söz” təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

Siyasət

29 Oktyabr 2026 16:10 610


Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təklif edib.

Lakin evindən online qaydada prosesə qatılan Ramiz Mehdiyev hakimin “Məhkəmədən xahişiniz nədir?” sualına susqunluq nümayiş etdirib. Dominos pizza

Hakim sualı bir daha təkrar etdikdən sonra Mehdiyevin yanında olan şəxslərdən biri ona hakimin dediklərini izah edib.

Bundan sonra Ramiz Mehdiyev kameraya qəzəbli baxışlarla baxsa da, susqunluq nümayiş etdirib.

Yaranmış situasiyanı isə onun vəkili dəyişib. Belə ki, vəkil müdafiə tərəfinin mövqeyinin məhkəməyə yazılı təqdim edəcəyini deyib.

Mənbənin sözlərinə görə, hökm oxunandan sonra da Ramiz Mehdiyev hər hansı formada reaksiya verməyib və susqunluğunu davam etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!