ABŞ-də ən çox hansı millətlər yaşayır?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də ən çox hansı millətlər yaşayır?

Dünya

29 Oktyabr 2026 14:56 105


ABŞ-də mədəni müxtəlifliyinin və demoqrafik zənginliyinin arxasında əsrlər boyu davam edən miqrasiya və məskunlaşma dalğaları dayanır.

“Yeni Sabah”ın araşdırmasına əsasən, ölkədə Afrika mənşəli amerikalılar və Afrikadan gəlmiş mühacirlər 46,9 milyon nəfərlə üstünlük təşkil edirlər.

Onları 41,1 milyon nəfərlə alman mənşəli, 37,2 milyonla meksikalı və təsnifatdan asılı olaraq 31,3 milyondan 46 milyona qədər çatdığı bildirilən anqlo-sakson mənşəli amerikalılar izləyir. pizza sifarişi

İrlandiya mənşəlilər 30,6 milyon, italyanlar 16 milyon, qitənin əsl sahibləri olan yerli xalqların nümayəndələri 9,7 milyon, Sakit okean adalarının yerli əhalisi isə 1,7 milyon nəfər təşkil edir.

Ölkədəki 3,7 milyonluq ərəb mənşəli əhali xüsusilə Miçiqan ştatının Dirborn şəhərində, eləcə də Kaliforniya, Nyu-York və Texasda cəmləşib. 7,7 milyonluq yəhudi icması isə əsasən Nyu-York, Los-Anceles, Mayami və Çikaqo kimi nəhəng meqapolislərdə məskunlaşıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!