Yenə ağacları kəsdilər - Bu dəfə Şəkidə

saytların hazırlanması

Evə çatdırılma

Yenə ağacları kəsdilər - Bu dəfə Şəkidə

Sosial

01 Mart 2023 17:44 589


Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospektində, "Əlövsət" şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub. 

“Faktla bağlı akt və protokol tərtib olunub və R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb”.  Toyuqlu pizza

Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların  qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!