Yenicə təmir olunan yol çökdü - GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Yenicə təmir olunan yol çökdü - GÖRÜNTÜLƏR

Sosial

21 Sentyabr 2026 23:34 144


Paytaxtın 8 Noyabr prospektində çökmüş yol bir müddət əvvəl təmir edilsə də, həmin hissə yenidən çöküb.

"Yeni Sabah" xəbər verir ki, sözügedən yolda dəliklər əmələ gəlib, əsas hərəkət hissəsində bir neçə yerdə yeni asfalt qatının vurulduğu yerlər də çöküb.

Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər. Dominos pizza

Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, hazırda sözgedən ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır.

Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.

Daha ətraflı “Xəzər TV”nin süjetində: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!