Yolu bu ərazidən keçənlərə   SEVİNDİRİCİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Yolu bu ərazidən keçənlərə SEVİNDİRİCİ XƏBƏR

Sosial

29 Sentyabr 2026 12:09 100


Binəqədi rayonu, Dalğa küçəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə svetoforların vaxt planında dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sözügedən ərazidə nəqliyyat axınının intensivliyini təhlil ediblər.

Aparılan təhlillər nəticəsində svetoforların faza müddəti 7 saniyə artırılıb. pizza mizza

Dəyişiklikdən sonra günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər azalıb.

Beləliklə, ərazidə nəqliyyat sıxlığının uzunluğu təxminən 37 faiz azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!