Yoluxanların sayı yenidən 100-ü keçdi, 1 nəfər vəfat etdi
30 Sen 2020 16:51
1291

Yoluxanların sayı yenidən 100-ü keçdi, 1 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb.

Yenisabah.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki , COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə qədər isə ümumilikdə 1 115 748 test icra olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər