Zəhərlənən tələbələrdən daha bir xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Zəhərlənən tələbələrdən daha bir xəbər var

Sosial

25 Noyabr 2019 11:30 1405


Bakı Dövlət Universitetinin zəhərlənən tələbələrinin vəziyyəti stabil kimi qiymətləndirilir.

"Yeni Sabah" bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, onların xəstəxanadan buraxılması hələlik gözlənilmir: “Zəhərlənən tələbələr palataya köçürülüb, onların müalicəsi bir müddət davam edəcək”. Dominos pizza

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!