Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.
"Yeni Sabah" xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Zelenski hər bir dəstək jestinin vacibliyini qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib. pizza mizza
"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - o yazıb.
Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.
Telegram kanalımız