Zelenski G7 sammitinə dəvət olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Zelenski G7 sammitinə dəvət olunacaq

Dünya

20 Fevral 2023 17:14 771


Yaponiyanın Baş naziri Fumio Kisida Volodimir Zelenskini fevralın 24-də keçiriləcək G-7 sammitə dəvət edəcək.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, o bunu hakim Liberal-Demokrat Partiyasının iclasında elan edib.

Zelenski G7 liderlərinin sammitinə onlayn qoşula biləcək. Sezar pizza

Sammitdə, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Aİ rəhbərliyinin  Ukraynaya dəstəyi davam etdirməsi müzakirə olunacaq.

Yaponiya Baş naziri ölkəsinin Ukraynanın məhv edilmiş infrastrukturunun bərpası üçün 5.5 milyard dollar məbləğində əlavə maliyyə yardımı ayıracağını da elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!