Ukrayna prezidenti Volodimir Zelenski 9 Mayın Avropa Günü kimi təsis edilməsi və qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə sərəncam Prezident Aparatının saytında dərc edilib.
Zelenski bildirib: “Uzun illər əvvəl bizim qitəmizdə əldə olunmuş sülh və birliyi qeyd etmək üçün 9 Mayda Avropa Gününü qeyd etmək ənənəsi yaranıb. Avropa Gününü bütün azad Avropa ilə birlikdə qeyd etmək düzgün olardı. Bu gün müvafiq sərəncamı imzaladım və sabahdan – mayın 9-dan etibarən hər il öz tarixi birliyimizi, nasizmi məhv edən və irqçiliyə qalib gələn bütün avropalıların birliyinə hörmətlə yanaşacağıq”. Pepperoni pizza
O əlavə edib ki, Ali Rada 1939-1945-ci illər İkinci Dünya müharibəsində mayın 8-ni anma və nasizm üzərində Qələbə günü kimi təsis etməyi təklif edən qanun layihəsini təqdim edib.
V. Zelenski qeyd edib ki, Ukrayna faşizmə qarşı qələbədə Ukrayna xalqının töhfəsini unutmayacaq:
“Ukrayna əsla yalan danışmayacaq ki, o müharibədə qələbə heç bir ölkənin və ya xalqın iştirakı olmadan baş verə bilərdi”.
Telegram kanalımız