İstanbul Böyükşəhər Bələdiyyəsi şəhərdəki tikili infrastrukturunun vəziyyətini öyrənmək üçün apardığı araşdırmalar zamanı ciddi problem aşkarlayıb.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma zamanı İstanbul şəhərində zəlzələyə qarşı risk daşıyan 1556 bina qeydə alınıb. Sözügedən binaların tez bir zamanda sökülməsi ilə bağlı işlər başlayacaq.
Qeyd edək ki, hazırda İstanbulda ola biləcək zəlzələ ehtimalına görə, 200 mindən çox tikili yüksək risk altındadır.
Telegram kanalımız