Zəminə Nəcəfova vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Zəminə Nəcəfova vəfat etdi - FOTO

Sosial

17 İyun 2026 10:15 354


Naxçıvan Dövlət Universitetinin "Xalq çalğı alətləri" kafedrasının dosenti, Əməkdar müəllim Zəminə Nəcəfova vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı universitet məlumat yayıb.

Zəminə Məhərrəm qızı Nəcəfova 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. O, 1988-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib. pizza

Z.Nəcəfova 1991-2017-ci illərdə Naxçıvan Musiqi Kollecində kamança müəllimi kimi fəaliyyət göstərib. O, 2001-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb, əvvəl müəllim, 2008-ci ildən baş müəllim, 2012-ci ildən isə dosent vəzifəsində işləyib.

Uzun illər təhsil və musiqi sahəsində fəaliyyət göstərən Zəminə Nəcəfova 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiklərini bildirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!