Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana yollanıblar.
"Yeni Sabah" xəbər verir ki, onlar Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət ediblər.
Zərdabinin ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib. Toyuqlu pizza
Telegram kanalımız