Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində avtobus zolağının qüvvədəolma müddəti 1 saat artırılıb.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, dəyişiklik avtobusların qrafikə uyğun və gecikmədən hərəkətini təmin etmək məqsədilə edilib. Belə ki, “20 Yanvar” metrostansiyası istiqamətində avtobus zolağı əvvəllər 17:00-dan 20:00-dək qüvvədə olduğu halda, hazırda 17:00–21:00 aralığında tətbiq olunur. Pepperoni pizza
AYNA sürücüləri dəyişiklikləri nəzərə alaraq diqqətli olmağa çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız