2 rayonda gecə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

2 rayonda gecə işıq olmayacaq

Sosial

19 İyun 2026 16:12 209


Bu gecə Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, saat 00:30-dan 02:30-dək paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski. Süleyman Rüstəm küçələri, Vaqif prospekti, Nərimanov rayonu Ceyhun Hacıbəyli, Həsən bəy Əliyev küçələri, Heydər Əliyev prospektinin bir hissəsində işıq olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!