20 ildir çalışdığı ARB-dən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

20 ildir çalışdığı ARB-dən çıxarılır

Sosial

01 Oktyabr 2026 13:21 248


“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

C. Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. pizza mizza

Onun sözlərinə görə, bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib.

“Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm” deyə, aparıcı qeyd edib.

C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.

O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb:

“20 ilə yaxın müddətdən sonra verilən qiymətə sadəcə heyranam. Söz tapmıram, çox çətin hissdir. Çox təəssüf edirəm”.

Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!