22 gündə Britaniyaya 3 mindən çox miqrant daxil olub

saytların hazırlanması

Evə çatdırılma

22 gündə Britaniyaya 3 mindən çox miqrant daxil olub

Dünya

11 Avqust 2026 19:37 69


Endi Börnemin baş nazir kimi fəaliyyət göstərdiyi 22 gün ərzində 3 mindən dən çox miqrant kiçik qayıqlarlaı Britaniya ərazisinə daxil olub.

"Yeni Sabah"  “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi günü "meqa-qayıq"da 230 nəfər miqrant Britaniyaya girib və onların ümumi sayı heyrətamiz dərəcəyə - 3003-ə çatıb. pizza

2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdən sonra leyboristlərin hakimiyyətə gəlişindən bəri ölkəyə daxil olan miqrantların sayı 80.000-i keçib.

Qeyd olunur ki, Keir Starmerin baş nazirliyinin ilk 22 günündə 2258 miqrant kiçik qayıqlarla Britaniyaya çata bilmişdi.

Daxili işlər nazirinin sabiq müavini Kris Filp deyib ki, krallıq indi sərhədlərlə bağlı tam bir böhran yaşayır. "Yoxlanılmamış qanunsuz immiqrantlar - əsasən gənc kişilər - hər gün kanalı keçirlər. Bu qanunsuz immiqrantların çoxu qətl və təcavüz də daxil olmaqla ciddi cinayətlər törədir və bu, vergi ödəyicilərinə milyardlarla dollara başa gəlir”, - K.Filp deyib.

O bildirib ki, Börnemin Mühafizəkarların Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaq və bütün qanunsuz immiqrantları bir həftə ərzində deportasiya etmək planını qəbul edərək təcili şəkildə nəzarəti ələ alması lazımdır. "Ancaq bunu etmək üçün baş nazir çox zəifdir", - Filp sözünü tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!