İşə gedənlərin xeyli hissəsinin vaxtı yollarda keçir –   ŞOK RƏQƏMLƏR

saytların hazırlanması

Evə çatdırılma

İşə gedənlərin xeyli hissəsinin vaxtı yollarda keçir – ŞOK RƏQƏMLƏR

Sosial

30 Oktyabr 2026 15:13 120


İş yerinin evə yaxın olması və yolda sərf edilən vaxt insanların iş seçimində mühüm amillərdən biri olaraq qalır. 

“Yeni Sabah” xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin “Şəhərsalma və onun karyeraya təsiri” adlı əmək bazarı bülleteninin 8-ci buraxılışında aparılan araşdırmaya əsasən, iş yerinin yaşayış yerinə yaxınlığı 5 üzərindən orta hesabla 3,94 balla qiymətləndirilib.

Araşdırmada iştirak edən şəxslər iş yerinin evə yaxın olmasını vacib hesab etsələr də, onların təxminən 22 faizi işə gedib-gəlməyə 1 saatdan çox vaxt sərf edir. pizza mizza

Bu göstəricilər iş axtaranların üstünlük verdiyi şərtlərlə gündəlik həyatdakı reallıqlar arasında fərq olduğunu ortaya qoyur. Mənzil qiymətləri, ailə vəziyyəti və iş imkanlarının coğrafi yerləşməsi insanların yaşayış yerinə yaxın iş tapmasını çətinləşdirən əsas amillər sırasındadır.

Beləliklə, iş seçərkən yalnız əməkhaqqı və karyera imkanları deyil, iş yerinin məsafəsi və yolda itirilən vaxt da mühüm əhəmiyyət daşıyır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!