22 yaşlı qız baş məşqçi oldu

saytların hazırlanması

Evə çatdırılma

22 yaşlı qız baş məşqçi oldu

İdman

09 Sentyabr 2026 11:37 87


Türkiyə Super Həvəskarlar Liqasında mübarizə aparan “Turgutluspor” klubu tarixi qərara imza atıb.

“Yeni Sabah” xəbər verir ki, klub rəhbərliyi 2004-cü il təvəllüdlü Zeynep Mestanı komandanın baş məşqçisi təyin edib.

Gənc mütəxəssis klubun binasında təşkil olunan mərasimdə müqaviləyə imza ataraq rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb. pizza sifarişi

Klubun açıqlamasına görə, Mestan yeni mövsümlə bağlı planların hazırlanmasına və klubun texniki strukturuna rəhbərlik edəcək.

22 yaşlı mütəxəssis baş məşqçi olmaqla yanaşı, futbolçu karyerasını da davam etdirir.

O, hazırda “Bornova Genç Yıldızlar Spor”un heyətində çıxış edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!