32 yaşlı fenomenin dəhşətli sonu – Meyiti çamadanın içində tapıldı

saytların hazırlanması

Evə çatdırılma

32 yaşlı fenomenin dəhşətli sonu – Meyiti çamadanın içində tapıldı

Dünya

26 Sentyabr 2026 22:38 792


Avstriyada yaşayan 32 yaşlı sosial media fenomeni Stefanie Pieperin meyiti Sloveniyanın sərhədi yaxınlığındakı meşəlik ərazidə çamadanın içindən tapılıb.

“Yeni Sabah” xəbər verir ki, Pieper ötən il noyabrın 23-də Milad tədbirindən sonra evinə qayıdıb. İddialara görə, həmin gecə keçmiş sevgilisi 31 yaşlı Patrick M. tərəfindən evində boğularaq və bıçaqlanaraq öldürülüb.

Məlumata görə, şübhəli şəxs meyiti çamadana qoyaraq ögey atası və qardaşının köməyi ilə Avstriya-Sloveniya sərhədindəki meşəyə aparıb və basdırıb. Pieperin ertəsi gün fotosessiyaya gəlməməsindən şübhələnən fotoqraf polisə məlumat verib. pizza mizza

Bir həftə sonra qadının meyiti çamadanın içində aşkarlanıb. Qaçan Patrick M. Sloveniyada saxlanılaraq Avstriyaya təhvil verilib.

Ekspertizanın nəticələrinə əsasən, qadının çamadana qoyularkən həyatda ola biləcəyi ehtimalı ortaya çıxıb, lakin ölümün dəqiq vaxtı müəyyən edilməyib. Patrick M. əvvəlcə cinayəti qısqanclıq səbəbindən törətdiyini etiraf etsə də, daha sonra ifadəsini dəyişib. Onun barəsində rəsmi qətl işi açılıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!