AYB sədri Anar Rzayev keçmiş SSRİ Mərkəzi Televiziyasına müsahibəsi üzə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, telemüsahibə 1989-cu ilin sentyabrında Azərbaycan Ali Məclisinin (hazırda Milli Məclis) sessiyasına həsr olunmuş süjetə daxil edilib.
Parlamentin həmin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi Aktı müzakirəyə çıxarılmışdı. Eyni zamanda, Qarabağda vəziyyət gərgin olaraq qalırdı. pizza hut
AYB sədri Anar Rzayev sözügedən müsahibədə o zamanlar müttəfiq respublikaların mövcud sərhədlərinin dəyişdirilməsinə dair təkliflərə münasibətini bildirib. Həmin təklif mahiyyətcə Qarabağın Ermənistana birləşdirilməsi üçün hüquqi zəmin hazırlamaq məqsədi daşıyırdı.
Telegram kanalımız