İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İspaniya La Liqası və İtaliya A Seriyası FIFA-da idarəetmə islahatlarının aparılmasını tələb edən birgə bəyanat yayıb.
"Yeni Sabah" xəbər verir ki, 4 liqa son illərdə dünya futbolunun idarə olunması ilə bağlı ciddi narahatlıqların yarandığını bildirib.
Bəyanatda FIFA prezidenti Canni İnfantinonun fəaliyyəti də tənqid olunub. pizza
Liqa rəhbərləri dünya çempionatı da daxil olmaqla, kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsini nəzərdə tutan “FIFA Forward Enterprise” (FFE) layihəsindən imtinanı kifayət hesab etmir.
Bəyanatda beynəlxalq qurumda təməl idarəetmə islahatlarına ehtiyac olduğu vurğulanıb. Liqalar daha güclü nəzarət mexanizmləri, FIFA-nın tənzimləyici və kommersiya funksiyalarının daha aydın ayrılması, həmçinin klublar, liqalar və futbolçuların mühüm qərarların qəbulunda daha geniş iştirakını istəyirlər.
Xatırladaq ki, FİFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında keçiriləcək.
Telegram kanalımız