6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

saytların hazırlanması

Evə çatdırılma

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

İqtisadiyyat

11 Sentyabr 2026 10:55 121


Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər.

"Yeni Sabah" xəbər verir ki, paytaxt Bakı ilə yanaşı, ölkənin ucqar regionlarında da fəaliyyət göstərən 6500 terminalda kredit ödənişləri, balans və cari hesabların, eləcə də əmanət və Yığım hesablarının artırılması, aliment ödənişləri və bank rüsumlarının ödənilməsi üçün heç bir komissiya tələbi yoxdur. 

Beləliklə, müştərilər bank əməliyyatlarını həyata keçirərkən özləri üçün rahat və uyğun olan kanalı seçə bilirlər. Qafqazın tam və inteqrasiya olunmuş ekosistemi olan Bir-in müştərilərə fərqli kanallarda seçim imkanı yaratmaq yanaşması çərçivəsində təqdim olunan bu imkan gündəlik bank əməliyyatlarının müştərilərin ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsinə şərait yaradır. pizza hut

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!