2026-cı ilin ilk yarısında məişət zorakılığı ilə bağlı qeydə alınan faktların statistikası açıqlanıb.
"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
İlin ilk altı ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 292 müraciət daxil olub. Müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaq olub. Pepperoni pizza
Məişət zorakılığı törətməkdə şübhəli bilinən şəxslər arasında 281 kişi, 124 qadın və 1 uşaq yer alıb. Kişilər arasında zorakılıq törədənlərin 90-ı ər, 69-u isə keçmiş ər olub.
Qadınların törətdiyi hallarla bağlı isə 6 rəsmi ər və 8 keçmiş arvad qeydə alınıb. Həmçinin qeyri-rəsmi münasibətlər zamanı törədilən 14 məişət zorakılığı faktı müəyyən edilib.
Zərərçəkənlərin bölgüsünə gəlincə, 49 kişi, 284 qadın və 344 uşaq məişət zorakılığından zərərçəkmiş şəxs kimi qeydə alınıb.
Zorakılıq növlərinə görə müraciətlərin 197-si fiziki, 62-si psixi, 27-si iqtisadi, 6-sı isə cinsi zorakılıqla bağlı olub.
Telegram kanalımız