ABŞ-тшn Cənubi Karolina ştatında yerləşən Cənubi Karolina Enerji Departamentinə aid "Savannah River" nüvə kompleksində yanğın olub.
“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı filtrlənməmiş radioaktiv maddələrin ətraf mühitə sızması ehtimalı barədə xəbərlər yayıldıqdan sonra ərazidə yüksək səviyyəli həyəcan siqnalı elan edilib.
Yerli sakinlərə radio və televiziya kanallarını izləmək, rəsmi şəxslərin elan edəcəyi təhlükəsizlik təlimatlarına əməl etmək tapşırılıb. Yanğına görə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) nüvə obyektinin üzərində müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib, əraziyə giriş-çıxış, çay və dəmir yolu hərəkəti də dayandırılıb. Pepperoni pizza
Yanğının qısa müddətdə söndürülməsindən və aparılan radioloji monitorinqlərdən sonra hər hansı təhlükəli sızmanın olmadığı və elan olunmuş fövqəladə vəziyyət rejiminin ləğv edildiyi bildirilib.
Nazim Hacıyev
Telegram kanalımız