Azərbaycan teatrı Özbəkistanda   mükafat qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan teatrı Özbəkistanda mükafat qazandı

Mədəniyyət

29 Oktyabr 2026 12:17 97


Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası Özbəkistanda keçirilən beynəlxalq festivalda mükafata layiq görülüb.

“Yeni Sabah” xəbər verir ki, Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşa oktyabrın 18-dən 23-dək Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında nümayiş olunub. Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluş verdiyi səhnə əsəri “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə qalib seçilib. Tamaşa xüsusi diplom və festivalın mükafat heykəlciyi ilə təltif olunub.

Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində göstərilən 40 dəqiqəlik tamaşa fərqli səhnə dili, rejissor yanaşması və aktyorların bədən hərəkətləri ilə maraq doğurub. Pepperoni pizza

Plastik düşüncə janrında hazırlanan “İblis” insanın öz daxilindəki şəri görmək əvəzinə günahı başqalarında axtarmasından, hakimiyyət ehtirasından və mənəvi məsuliyyətdən bəhs edir. Tamaşada fikirlər sözlərdən istifadə edilmədən, aktyorların hərəkətləri, musiqi və işıq vasitəsilə çatdırılır. Festival çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev teatrın direktoru Yarməmməd Qurbanovu, direktor müavini Ceyhun Dadaşovu və tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlunu yaradıcılıq töhfələrinə görə təşəkkür lövhələri ilə təltif edib. Azərbaycan Dövlət Pantomima Teatrına da festivalda iştirakına görə TÜRKSOY-un xatirə təltifi təqdim olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı Əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov, musiqi operatoru isə Natella Bədəlovadır.

Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, həmçinin aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov çıxış ediblər.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!