65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar

Sosial

17 İyun 2026 13:44 234


Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, hazırda regionlarda tibb işçilərinin çatışmazlığı problemi aktual olaraq qalır və bu istiqamətdə müxtəlif müzakirələr aparılıb, həm geniş dinləmələr, həm də aidiyyəti qurumların iştirakı ilə görüşlər keçirilib. Dominos pizza

Komitə sədri qeyd edib ki, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış gənc həkimlərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndərilməsi də planlaşdırılır.

Eyni zamanda, 65 yaş həddinə çatmış həkimlərin təqaüdə göndərilməsi məsələsinə baxıldığı və regionlarda onların peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacağı bildirilib.

Əhliman Əmiraslanov vurğulayıb ki, bu istiqamətdə aparılan islahatların nəticə verəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!