8 ayda dövlət büdcəsindən 224 milyon manatdan çox vəsait geri qaytarılıb

saytların hazırlanması

Evə çatdırılma

8 ayda dövlət büdcəsindən 224 milyon manatdan çox vəsait geri qaytarılıb

İqtisadiyyat

07 Sentyabr 2026 13:49 73


2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat ödəniş geri qaytarılıb.

“Yeni Sabah” xəbər verir ki, qaytarılan məbləğə pərakəndə ticarət, ictimai iaşə, tibb, mədəniyyət (teatr, kino, muzey, konsert) obyektlərində, eləcə də işğaldan azad edilmiş ərazilərdəki otellərdə ödənilən ƏDV daxildir. Həmçinin əcnəbilərin qeyri-kommersiya məqsədli alış-verişlərinə görə (“Tax Free”) ödənilən ƏDV məbləğləri də bura aitdir.

Bununla yanaşı, nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər də vətəndaşlara və sahibkarlara geri ödənilib. Sezar pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!