98 nömrəli bağçadan şİkayət: Valideyndən pul tələb edildi

saytların hazırlanması

Evə çatdırılma

98 nömrəli bağçadan şİkayət: Valideyndən pul tələb edildi

Sosial

29 Sentyabr 2026 14:23 104


Sosial şəbəkədə 98 nömrəli dövlət uşaq bağçası ilə bağlı ciddi narazılıq müraciəti yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Leyla Türkmən adlı valideyn övladını elektron sistem vasitəsilə sözügedən bağçaya qeydiyyatdan keçirsə də, sürprizlə qarşılaşdığını bildirib.

Şikayətçinin sözlərinə görə, bağçada övladının yerləşdirildiyi qrupun ödənişli olduğu bildirilib. Rəhbərlik bunu dövlət bağçasının tərkibində özəl (ödənişli) qrupun fəaliyyət göstərməsi ilə əsaslandırıb. pizza

Elektron qəbul sistemi ilə dövlət bağçasına yönləndirilən uşağın hansı hüquqi əsasla ödənişli qrupa salındığını soruşan valideyn məsələnin araşdırılmasını tələb edir. O, ödənişsiz dövlət qruplarının mövcudluğunu və bu tətbiqin nə dərəcədə qanuni olduğunu öyrənmək üçün aidiyyəti qurumlardan yazılı cavab və müvafiq tədbirlərin görülməsini xahiş edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!