99 il sonra gələn qələbə
23 Yan 2020 17:42
455

99 il sonra gələn qələbə

“Bernli”nin İngiltərə Premyer Liqasının 24-cü turunda səfərdə “Mançester Yunayted” üzərində qələbəsi (2:0) əlamətdar olub.

"Yeni Sabah" xəbər verir ki, komanda 99 il sonra ilk dəfə “Mançester Yunayted”i səfərdə məğlub etməyi bacarıb.

1962-ci ildən “Old Traffod”da qalib gələ bilməyən “Bernli”, ümumilikdə “qırmızı şeytanlar”ı səfərdə sonuncu dəfə 1921-ci ildə udub.

Qeyd edək ki, Şon Dayçın rəhbərlik etdiyi “Bernli” hazırda Premyer Liqada 13-cü sıradadır. /Qol.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər