ABB-də pulu qalan müştərinin üsyanı

saytların hazırlanması

Evə çatdırılma

ABB-də pulu qalan müştərinin üsyanı

Xalqın səsi

06 Oktyabr 2026 09:13 270


Ölkənin aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) növbəti dəfə müştəri narazılığı ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, bank xidmətindən narazı qalan vətəndaş istifadə müddəti bitən kartındakı vəsaiti çıxara bilmədiyini və süründürməçiliklə üzləşdiyini bildirib.

Bu barədə sosial şəbəkədə paylaşım edən şikayətçi qeyd edib ki, kartın müddəti sentyabr ayında başa çatsa da, bank tərəfindən ona bu haqda əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Kart hesabında müəyyən məbləğdə vəsaiti qalan vətəndaş şənbə günü həmin pulu digər ABB kartına köçürmək istəyərkən maneə ilə qarşılaşıb. Dominos pizza

Məsələ ilə bağlı banka müraciət edən müştəriyə əvvəlcə filiala yaxınlaşaraq məbləği 0,5% komissiya haqqı ödməklə nağdlaşdırmaq təklif olunub:

“Kartda müəyyən məbləğdə vəsait var idi, başqa kartıma köçürmək istəyəndə maneə yarandı. Mənə dedilər ki, filiala yaxınlaş, nağdlaşdırma üçün 0,5% komissiya ödə. Öz pulumu almaq üçün niyə faiz ödəməliyəm? Sonra isə texniki problem olduğunu və işin uzadıldığını bəhanə etdilər”.

Şikayətçi problemin günlərdir həll olunmadığını və ləngidildiyini vurğulayıb:

“Bazar ertəsi olmasına baxmayaraq, artıq 5 dəfə bankla əlaqə saxlamışam, amma yenə bəhanələr gətirirlər. Bəlkə bir insanın təcili pula ehtiyacı var? Kartın vaxtı bitibsə, öz vəsaitimizi niyə rahat ala bilmirik? Bir sözlə, bu bankla işinizi qurmayın, yarı yolda qalarsınız”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!