Rüfət Aşurov adlı şirkət sahibi Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmətindən ciddi narazılığını bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, 2018-ci ildən sözügedən bankın müştərisi olduğunu bildirən sahibkar vergi borcu ödənilməsinə və bank əməkdaşına əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, şirkət hesabından əlavə 517 manat vəsaitin silindiyini iddia edib.
Şikayətçi qeyd edib ki, vergi borcu ödənilib və blokun götürülməsi üçün bazar ertəsinə qədər gözlənilməsi xahiş olunsa da, bank hesabından əsassız olaraq vəsait çıxarılıb. Dördpendirli pizza
Yaşanan hadisədən sonra bütün şirkət hesablarını bu bankdan çıxarmaq qərarına gəldiyini vurğulayan sahibkar, bankın peşəkarlıqdan uzaq fəaliyyət göstərdiyini bildirərək digər biznes subyektlərini də diqqətli olmağa çağırıb.
Nazim Hacıyev
Telegram kanalımız