Abdullah Zubir klubsuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Abdullah Zubir klubsuz qaldı

İdman

09 Sentyabr 2026 00:49 58


"Qarabağ"la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək.

"Yeni Sabah" xəbər verir ki, "Əl-Uruba" 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib.

Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub. Pepperoni pizza

Qeyd edək ki, Zubir "Qarabağ"ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm "Qarabağ"ın heyətində Çempionlar Liqasında da iştirak edib.

Beləliklə, Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!