"Qızıl Top"un (Ballon d'Or) 2026-cı ildəki qalibi Harri Keynin karyera yolu futbolsevərlərin diqqət mərkəzindədir.
“Yeni Sabah” xəbər verir ki, Londonun "Tottenhem" klubunun akademiyasından yetişərək dünya zirvəsinə yüksələn ingilis hücumçunun tarixinə nəzər salarkən, onun Şimali London təmsilçisinin heyətində keçirdiyi qeyri-adi Avropa Liqası matçı xüsusilə xatırlanır.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Tottenhem" – "Asteras Tripolis" qarşılaşması Keynin karyerasının ən unikal səhifələrindən birinə çevrilmişdi. Həmin matçda möhtəşəm oyun nümayiş etdirərək het-trik müəllifi olan gənc hücumçu görüşün son dəqiqələrində gözlənilməz amilə çevrildi. pizza mizza
Qapıçı Hüqo Lyorisin qırmızı vərəqə alaraq meydandan qovulması və klubun əvəzetmə limitini bitirməsi səbəbindən Harri Keyn əlcəkləri geyinərək "Tottenhem"in qapısına keçdi.
Hətta qapıda durduğu qısa müddətdə bəsit bir cərimə zərbəsindən qol buraxmasına baxmayaraq, Keynin həmin gecə göstərdiyi performans "Spurs" azarkeşlərinin yaddaşına əbədi həkk olundu. Akadeyimadan çıxaraq qapıçılıq təcrübəsinə, oradan isə "Qızıl Top" zirvəsinə qədər ucalan hücumçu, London klubunun tarixində bu mükafatı qazanan ilk yetirmə kimi adını qızıl hərflərlə yazdırdı.
Nazim Hacıyev
Telegram kanalımız