Telefon, sənəd, bank kartı... -   ADY açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Telefon, sənəd, bank kartı... - ADY açıqlama yaydı

Sosial

29 Oktyabr 2026 13:25 79


Bu ilin əvvəlindən oktyabrın 15-dək Azərbaycan qatarlarında 800-dən çox əşya unudulub.

“Yeni Sabah” xəbər verir ki, unudulan əşyaların təxminən 250-si əməkdaşlar tərəfindən sahiblərinə qaytarılıb. Qalan əşyalar isə hələ də sahibini gözləyir.

Ən çox unudulan əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur. pizza

Məlumata görə, oktyabrın 15-dək qeydə alınan 800-dən çox əşyanın təxminən 30 faizi sahiblərinə təhvil verilib. Bu isə orta hesabla ayda 80-90 əşyanın qatarlarda unudulması deməkdir.

Qatarda və ya vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər. Sərnişinlərə qatardan düşərkən şəxsi əşyalarını götürməyi unutmamaq tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!