"Barselona"nın hücumameylli yarımmüdafiəçisi Fermin Lopes Avropanın nəhəng klublarının transfer radarına düşüb.
“Yeni Sabah” xəbər verir ki, Fransa çempionu "Paris Sen-Jermen" (PSJ) 23 yaşlı ispaniyalı futbolçunun xidmətində ciddi şəkildə maraqlıdır.
Paris təmsilçisinin rəhbərliyi gənc ulduz üçün təxminən 80 milyon avro civarında rəsmi transfer təklifi hazırlayır. Sezar pizza
İspaniyalı ulduz yalnız PSJ-nin deyil, həm də Premyer Liqa nəhəngləri "Çelsi" və "Arsenal"ın transfer siyahısında yer alır. Hər iki İngiltərə klubu futbolçunun inkişafını və "Barselona"dakı durumunu diqqətlə izləyir. Hansi Flikin rəhbərlik etdiyi komandada vacib heyət üzvlərindən birinə çevrilən Ferminin "Kataloniya" təmsilçisi ilə 2031-ci ilin iyununa qədər müqaviləsi var. Lakin klubun mövcud maliyyə vəziyyəti fonunda gələ biləcək 80-100 milyon avroluq böyük təkliflər rəhbərliyi düşünməyə vadar edə bilər.
Qərar hələ ki qeyri-müəyyən olaraq qalır, çünki futbolçu özü hazırda "Barselona"da xoşbəxtdir və komandadakı mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.
Nazim Hacıyev
Telegram kanalımız