ABŞ və İran arasında müharibənin tam dayandırılmasını və İslam Respublikasının nüvə proqramı ilə bağlı razılaşmanı nəzərdə tutan sənəd üzərində iş başa çatmaq üzrədir.
“Yeni Sabah” “Axios”a istinadən xəbər verir ki, Vaşinqton və Tehranın imzalayacağı sənəd bir səhifədən ibarət olacaq.
ABŞ rəsmilərinin fikrincə, bu sənəd İslam Respublikasının nüvə proqramı ilə bağlı daha geniş müzakirələr üçün əsas prinsiplərin çərçivəsini müəyyənləşdirəcək. pizza sifarişi
İran tərəfi bununla bağlı hər hansı açıqlama verməyib. Bildirilib ki, İranın əsas məqamlara dair cavabını yaxın 48 saat ərzində təqdim etməsi gözlənilir.
Nəşrin iddiasına görə, İran və ABŞ arasında müharibə başlayandan bu yana tərəflər ilk dəfədir ki, anlaşmaya bu qədər yaxındır. Amma Tehran rəsmiləri əvvəllər oxşar xəbərləri təkzib ediblər. Ona görə də ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında yeni əməliyyat qərarını dəyişdirərək, diplomatiyanın önünü açıb.
Sənədin ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Jared Kuşner tərəfindən İran rəsmiləri ilə əməkdaşlıq çərçivəsində hazırlandığı qeyd olunur.
Plan müharibənin rəsmi olaraq başa çatdığını və 30 günlük danışıqlar prosesini başlatmağı nəzərdə tutur.
Bu müddətdə Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının yumşaldılması məsələləri üzrə razılaşma əldə olunmağa çalışılacaq.
Sənədə görə, ABŞ İranın uranın zənginləşdirilməsinə ən azı 12 il müddətinə moratorium tətbiq etməsini tələb edir. Sənəddə, həmçinin bu müddətin pozulması halında moratoriumun uzadılmasının mümkünlüyü də nəzərdə tutulur. Danışıqların sonunda İrana yalnız dinc məqsədlər üçün uranı 3.67%-ə qədər zənginləşdirməyə icazə verilməsi, nüvə silahı əldə etməmək öhdəliyinin qəbul edilməsi və BMT tərəfindən genişləndirilmiş yoxlamalara, o cümlədən “snap inspection” mexanizminə razılıq verməsi planlaşdırılır.
Məlumata görə, İranın mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatını çıxarması da müzakirə olunur. Danışıqlarda həmin materialın ABŞ-a daşınması variantı da gündəmdədir.
Plan çərçivəsində danışıqlar davam etdiyi müddətdə ABŞ və İranın Hörmüz boğazında əməliyyatlarını mərhələli şəkildə yumşaldacağı, gəmiçiliyin və İran limanları vasitəsilə ticarətin bərpa olunacağı bildirilir. Lakin razılaşma pozularsa və ya nəticə verməzsə, ABŞ-ın yenidən blokada tətbiq edə biləcəyi və ya hərbi əməliyyatları bərpa edə biləcəyi qeyd olunur.
“Axios”un mənbələri vurğulayır ki, hələ heç nə razılaşdırılmayıb, lakin hazırkı mərhələ müharibənin başlanmasından bəri tərəflərin ən yaxın olduğu proses hesab olunur.
Telegram kanalımız