Şimali Koreyadan güc nümayişi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyadan güc nümayişi

Dünya

31 Oktyabr 2026 10:12 79


Şimali Koreya Yaponiya dənizi (Şərq dənizi) istiqamətində 10-dan çox qısamənzilli ballistik raket buraxaraq növbəti güc nümayişini reallaşdırıb.

“Yeni Sabah” xəbər verir ki, KXDR-in Vonsan ərazisindən dalbadal atılan raketlər təxminən 250 kilometr məsafə qət edərək dəniz sularına düşüb.

Yaponiya Müdafiə Nazirliyi raketlərin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyünü və mülki gəmilərə ziyan dəymədiyini açıqlayıb. Marqarita pizza

Kütləvi raket atışlarının dərhal ardınca Seulda Cənubi Koreya rəhbərliyinin iştirakı ilə təcili təhlükəsizlik iclası keçirilib. Cənubi Koreya, ABŞ və Yaponiya hərbi dairələri müttəfiqlik çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsini artıraraq Pxenyanın yeni ehtimal olunan addımlarına qarşı yüksək hazır vəziyyətə gətirilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!