Futbolu hamı oynayır, sonda “buğalar” qalib gəlir - 1 ildə 5 böyük kubok

saytların hazırlanması

Evə çatdırılma

Futbolu hamı oynayır, sonda “buğalar” qalib gəlir - 1 ildə 5 böyük kubok

İdman

31 Oktyabr 2026 10:31 102


Bakıda təşkil edilən U-15 Dünya Kubokunda İspaniya gənclər millisinin növbəti möhtəşəm çempionluğu, Pireney təmsilçisinin sadəcə əsas komandada deyil, alt akademiyalardan başlayaraq qlobal futbolu necə tam nəzarətə götürdüyünü bir daha sübut etdi.

Bakıdakı mundialda raqiblərini ard-arda məğlub edərək kuboku başı üzərinə qaldıran gənc ispaniyalılar, ölkənin futbol sisteminin nə dərəcədə qüsursuz işlədiyini bütün dünyaya nümayiş etdirdilər.

“Yeni Sabah” xəbər verir ki, U-15 səviyyəsində qazanılan bu son dünya çempionluğu İspaniyanın həm kişilər, həm qadınlar, həm də gənclər kateqoriyasında yazdığı misilsiz uğur dastanının yalnız bir halqasıdır. Son illərin böyük turnirlərinin mənzərəsi bu dominantlığı aydın göstərir: pizza

2026-cı il: Kişilər arasında Dünya Kuboku;

2026-cı il: U-15 Dünya Kuboku (Bakı);

2026-cı il: Qadınlar arasında U-20 Dünya Kuboku;

2026-cı il: Qadınlar arasında U-19 Avropa çempionatı;

2026-cı il: Kişilər arasında U-19 Avropa çempionatı;

2025-ci il: Qadınlar arasında Millətlər Liqası;

Paris 2024: Kişilər arasında Olimpiya qızılı;

2024-cü il: Kişilər arasında Avropa çempionatı (Euro 2024);

2023-cü il: Qadınlar arasında Dünya Kuboku;

Bakıda kəşf edilən gənclərdən tutmuş böyük turnirlərin qalibi olan ulduzlara qədər hər bir yaş qrupunda kubokları bir-bir toplayan İspaniya, təsadüfi uğurlar deyil, sarsılmaz bir futbol fabriki sisteminin bəhrəsini görür.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!