ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

Dünya

09 Oktyabr 2026 09:13 68


ABŞ-ın İsraildəki səfirliyi Yaxın Şərqdə kəskinləşən təhlükəsizlik vəziyyəti ilə bağlı öz vətəndaşlarına növbəti xəbərdarlıq müraciəti edib.

“Yeni Sabah” xəbər verir ki, səfirlik bölgədə hava məkanının qəfil bağlanması, uçuşların təxirə salınması və ya tamamilə ləğv olunması ehtimalının yüksək olduğunu bildirib.

Diplomatik missiya ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa, səyahət planlarını operativ şəkildə dəyişməyə hazır durmağa və aviaşirkətlərin uçuş cədvəllərini yaxından izləməyə çağırıb. Sezar pizza

Bölgədə hərbi gərginliyin artması fonunda bir çox beynəlxalq aviaşirkətlərin də Təl-Əvivə reysləri dayandırdığı və ya marşrutları dəyişdirdiyi vurğulanır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!