Acun məhkəmədə “Fənərbağça”ya qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Acun məhkəmədə “Fənərbağça”ya qalib gəldi

İdman

19 Avqust 2026 19:56 84


“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun İlıcalı ilə klub prezidenti Əziz Yıldırım arasında yaranan loja qalmaqalında yeni qərar verilib.

"Yeni Sabah" Publika.az-a istinadən xəbər verir ki, İlıcalının “Chobani” stadionunda istifadə etdiyi lojanın müqaviləsi mövsümün əvvəlində ləğv edilmişdi. Klub rəhbərliyi həmin lojadan bundan sonra “Prezident lojası” kimi istifadə etməyi planlaşdırırdı.

İlıcalı isə müqaviləyə xitam verilməsinin hüquqi əsasının olmadığını bildirərək məhkəməyə müraciət etmişdi. Onun sözlərinə görə, lojaya görə ödənişi kluba dəstək məqsədilə 3 il əvvəlcədən həyata keçirilib. pizza

Əziz Yıldırım isə məsələ ilə bağlı açıqlamasında lojadan şəxsi məqsədlə deyil, “Fənərbağça” prezidentlərinin istifadəsi üçün yararlanılmalı olduğunu müdafiə etmişdi.

Məhkəmə avqustun 19-da Ilıcalının lehinə qərar çıxarıb. Qərara əsasən, loja Acun İlıcalıya qaytarılmalıdır.

Bundan əlavə, 2026-2027 futbol mövsümünün sonuna qədər həmin lojaya dair üçüncü şəxslərə satış və ya devrin həyata keçirilməsi də müvəqqəti qadağan edilib. Beləliklə, təxminən bir aydır davam edən loja mübahisəsində hazırkı mərhələdə Acun İlıcalı hüquqi üstünlük əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!