Azərbaycan Dəmir Yolları (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qeyd olunan dövrdə yükdaşıma həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb. Tranzit daşımaları isə 5 milyon tona çataraq illik müqayisədə 12 faiz çoxalıb. pizza hut
Tranzit yükdaşımalarında Şərq-Qərb dəhlizi üzrə 17 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 24 faiz artım qeydə alınıb.
Bundan əlavə, bu ilin avqust ayında ümumi yükdaşıma həcmi ötən ilin eyni ayı ilə müqayisədə 32 faiz, tranzit daşımaları isə 40 faiz artıb.
Aytac Əliyeva
Telegram kanalımız