AFFA klubları cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA klubları cərimələdi

İdman

23 Sentyabr 2026 13:49 124


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz”– “Zirə” oyununda “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat, “Sabah”– “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat, eyni matçın 90+1-ci dəqiqəsində “İmişli”nin 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb, klubu isə 10000 manat cərimələnib. Sezar pizza

Bundan başqa, “Şamaxı”– “Araz-Naxçıvan” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat, “Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!