ABŞ Çini 2018-ci ildə Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmaq üçün milyardlarla dollar dəyərində malları digər ölkələrdən keçirməkdə ittiham edib.
"Yeni Sabah" xəbər verir ki, Ağ Evin hesabatına görə, bu təcrübədən illik itkilər 26 milyard dollara çatır.
Sənəddə qeyd olunur ki, 40-dan çox ölkə "Çinin gömrük rüsumlarından yayındığı qlobal kölgə yük daşıma şəbəkəsində" iştirak edir. pizza sifarişi
Bu siyahıya "dəmir yolu və quru tranziti, konsolidasiya və quru-dəniz əlaqələri təmin edən" Azərbaycan və Gürcüstan da daxildir.
Hesabat Çin lideri Si Cinpinin sentyabr ayında ABŞ-yə gözlənilən səfərindən əvvəl dərc edilib.
Telegram kanalımız